​Azərbaycanda sığorta agentlərinin "qara siyahı"sı hazırlanır

​Azərbaycanda sığorta agentlərinin "qara siyahı"sı hazırlanır Gələcəkdə riskli müştərilərin də siyahısının hazırlanması nəzərdə tutulub
Maliyyə
18 Dekabr , 2014 11:31
​Azərbaycanda sığorta agentlərinin qara siyahısı hazırlanır

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə fəaliyyət göstərən etibarsız sığorta agentlərinin siyahısını hazırlayır. "Report"un verdiyi xəbərə görə, bu barədə ASA-nın sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bildirib ki, həmin siyahıda borcu olan, oğurluq və yaxud da sübuta yetirilmiş başqa problemi olan agent haqqında məlumatlar yerləşdiriləcək. Onun sözlərinə görə, həmin informasiya yalnız şirkətlər üçün açıq olacaq.

"Gələcəkdə dövlətlə müzakirələr aparmağı planlaşdırırıq ki, "qara siyahı"da olan agentlərə iki dəfə xəbərdarlıqdan sonra lisenziyanın geri çağırılması mümkün olsun", - deyə ASA rəhbəri vurğulayıb.

O.Bayramov əlavə edib ki, "qara siyahı"nın artıq gələn həftənin sonuna kimi hazırlanması gözlənilir. Həmçinin, gələcəkdə sığorta bazarında risk daşıyan müştərilərin də analoji siyahısının hazırlanması mümkündür.

Qeyd edək ki, 2015-ci ildən etibarən ölkədəki sığorta agentləri lisenziyasını hər 3 ildən bir yeniləməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi