Yuxarı
    Bağlamaq

    Azərbaycanda sentyabrda 1 351 "Yaşıl Kart" müqaviləsi bağlanıb

    Hesabat ayında beynəlxalq sığorta müqavilələri üzrə daxilolmalar 82,2 min manat təşkil edib

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin sentyabr ayında "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 351 beynəlxalq sığorta müqaviləsi bağlanıb. Bu barədə “Report”a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

    Məlumatda deyilir ki, həmin müqavilələrdən 916-sı Türkiyə və İrana, 379-u Rusiya, Moldova və Ukraynaya, 56-sı isə Sistemə daxil olan digər ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

    Sentyabrda beynəlxalq sığorta müqavilələri üzrə toplanan sığorta haqları 82 167 manat təşkil edib. "Yaşıl Kart" üzrə bağlanılan müqavilələrin 1 188-i minik, 88-i yük, 68-i qoşqu, 6-sı avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi