Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır - CƏDVƏL

Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır - CƏDVƏL Azərbaycanda regionların kreditləşməsi azalıb
Maliyyə
16 May , 2017 13:44
Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır - CƏDVƏL

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.

Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.

Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.

Regionların adı Orta faiz dərəcəsi
Aran iqtisadi rayonu 22,2
Dağlıq Şirvan iqtisadi rayonu 21,8
Şəki-Zaqatala iqtisadi rayonu 21,6
Lənkəran iqtisadi rayonu 21,5
Quba-Xaçmaz iqtisadi rayonu 19,2
Gəncə-Qazax iqtisadi rayonu 19,1
Yuxarı Qarabağ iqtisadi rayonu 17,4
Abşeron iqtisadi rayonu 15,9
Kəlbəcər-Laçın iqtisadi rayonu 12,2
Naxçıvan iqtisadi rayonu 9
Bakı şəhəri 9,1
Azərbaycan 10,6

Son xəbərlər

Orphus sistemi