Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların dəyəri 3 dəfə artıb

Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların dəyəri 3 dəfə artıb Bakı 24 aprel. REPORT.AZ/ 2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Maliyyə
24 Aprel , 2018 17:42
Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların dəyəri 3 dəfə artıb
Report

Bakı 24 aprel. REPORT.AZ/ 2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. 

"Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilib.

Törəmə maliyyə alətləri üzrə 2.6 mlrd. manat həcmində əməliyyat baş tutub ki, onun da 90%-i (2.3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olub.

Hesabat dövründə, ümumilikdə, 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

Son xəbərlər

Orphus sistemi