Azərbaycanda qeyri-rezidentlərin banklardakı əmanətləri artmağa başlayıb

Azərbaycanda qeyri-rezidentlərin banklardakı əmanətləri artmağa başlayıb Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayı ərzində 3,8 mln. manat və ya 0,5% artaraq 2019-cu il yanvarın 1-nə 763,8 mln. manta yüksəlib.
Maliyyə
4 Fevral , 2019 16:42
Azərbaycanda qeyri-rezidentlərin banklardakı əmanətləri artmağa başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayı ərzində 3,8 mln. manat və ya 0,5% artaraq 2019-cu il yanvarın 1-nə 763,8 mln. manta yüksəlib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, artım, əsasən, milli valyuta ilə əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında milli valyuta ilə əmanətlərin həcmi 4,9 mln. manat və yaxud 5% artaraq 103,3 mln. manat, xarici valyuta ilə əmanətlər isə 1,1 mln. manat və yaxud 0,2% artaraq manat ekvivalentində 660,5 mln. manat təşkil edib.

Hesabata əsasən, qeyri-rezidentlərin əmanətlərinin həcmində illik müqayisədə 18,8 mln. manat və yaxud 2,5% artım müşahidə olunub.

Qeyd edək ki, 2019-cı il yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 8 375,4 mln. manat olub və bunun 90,9%-i və yaxud 7 611,6 mln. manatı rezidentlər, 9,1%-i və yaxud 763,8 mln. manatı qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi