Yuxarı

Azərbaycanda qeyri neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb

Dörd ayda qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 549 milyon 37,2 min manat vəsait daxil olub

Bakı. 13 may. REPORT.AZ/ Vergilər Nazirliyinin xətti ilə 2015-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 2 milyard 368 milyon manatdan çox vəsait daxil olub.

Vergilər Nazirliyindən "Report"a verilən məlumata görə, proqnoz tapşırığına 101,7 faiz əməl edilib.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 549 milyon 37,2 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Məlumata əsasən, ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 65,4 faiz təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi