Yuxarı

Azərbaycanda pul bazası bir ayda 15% azalıb

Pul bazasında azalma ilin əvvəlindən 45%, illik müqayisədə isə 46% olub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın pul bazası 2015-ci ilin avqust ayı ərzində 1 115,5 mln. manat və ya 14,94% azalaraq sentybarın 1-nə 6 352,1 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, pul bazasında azalma ilin əvvəli ilə müqayisədə 44,97%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 45,91% olub.

Qeyd edək ki, cari ilin yanvar ayından müşahidə edilən azalma may ayında müvəqqəti olaraq artımla əvəzlənsə də, bu, bir ay çəkib və yenidən azalma ilə əvəz edilib.

Xatırladaq ki, pul bazasının həcmi cari il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə isə 7 467,5 mln. manat təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi