Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda pul bazasının azalması davam edir

    Ötən ilin yayın sonunda maksimal həddə çatan pul bazası artıq 36% azalıb

    Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2015-ci il avqustun 1-nə 7 467,5 mln. manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 19,5 mln.manat və ya 0,3% azdır.

    Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, pul bazası 2014-cü il sentyabrın 1-də maklsimal həddə - 11 743,6 mln. manata çatıb. Hazırda pul bazası maksimal həddən 4 276,1 mln. manat və ya 36,4% azdır.

    Qeyd edək ki, pul bazası nağd pul və bankların ehtiyatlarını əks etdirir. Kommersiya banklarının ehtiyatları, yəni AMB-də müxbir hesabları hazırda önəmli miqdar təşkil etmədiyi üçün pul bazası demək olar ki, nağd pul kütləsinin həcmini göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi