Azərbaycanda pul bazası artıb

Azərbaycanda pul bazası artıb İl ərzində pul bazası 40%-dən çox azalıb
Maliyyə
22 Yanvar , 2016 17:03
Azərbaycanda pul bazası artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2015-ci ilin dekabr ayı ərzində 171,2 mln. manat və ya 2,54% artaraq 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 640,1 mln. manat və ya 40,2% azalıb.

Qeyd edək ki, 2015-ci il ərzində ümumiyyətlə müşahidə edilən azalma may və sentyabr aylarında ciddi artımla əvəzlənib. Mayda artım 2,4%, sentyabrda isə 11% olub. Bununla yanaşı, noyabr ayında cüzi artım (0,08%) qeydə alınıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə isə 6 730,6 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi