Koreya səfiri: "Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq"

Koreya səfiri: "Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq" Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazırdır.
Maliyyə
20 May , 2019 11:14
Koreya səfiri: Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq

"Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazırdır".

"Report" xəbəri verir ki, bunu jurnalistlərə açıqlamasında Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op deyib.

Səfirin sözlərinə görə, ölkəsi Beynəlxalq Valyuta Fondundan (IMF) kredit cəlb edib:

"1997-ci ilin noyabrın əvvəlindən dekabrın axırlarinadək Koreyada olan iqdisadi problemlər səbəblərindən biz İMFdən böyük məbləğdə kredit cəlb etmişdik. Həmçinin bildiyiniz kimi Koreya çox güclü dövlətlərlə əhatə olunub. Biz həmdə sürətli inkişafa nail olan bir ölkəyik. Sürətli inkişafa nail olduğumuz zaman bizdə də bu problemli kreditlər meydana gəldi və Koreya çox xüsusi şəkildə bu problemləri aradan qaldıraraq inkişafa nail oldu".

Son xəbərlər

Orphus sistemi