Azərbaycanda problemli kreditlər cüzi artıb

Azərbaycanda problemli kreditlər cüzi artıb Bu rəqəm 2017-ci il dekabrın 1-nə 1 890,3 mln. manat təşkil edib
Maliyyə
15 Yanvar , 2018 12:22
Azərbaycanda problemli kreditlər cüzi artıb

Bakı. 15 yanvar. REPORT.AZ/ 2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 890,3 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə cəmi 700 min manat və yaxud 0,04% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 417,7 mln. manat və yaxud 28,35%, illik müqayisədə isə 448 mln. manat və yaxud 31,06% artıb. 

Ötən il noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 15,46% təşkil edib. Bu nisbət oktyabrın sonunda 15,55%, ötən ilin əvvəlində 8,95%, 2016-cı il dekabrın 1-də isə 8,86% olub. 

Son xəbərlər

Orphus sistemi