Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 33% azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 33% azalıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhaliyə 11,5 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
18 May , 2020 13:53
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 33% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhaliyə 11,5 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6% azalıb. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olub.

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9%-i ticarət müəssisələri, 48,3%-i fərdi sahibkarlar tərəfindən, 27,8%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5% artıb, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda isə 15,1% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və yaxud ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

o cümlədən:
ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 169,7 102,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 607,6 79,6
elektrik malları və mebellər 586,6 82,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 84,2 98,1
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 202,4 141,7
avtomobil benzini və dizel yanacağı 626,6 98,2
digər qeyri-ərzaq malları 2 239,0 105,8

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər

Orphus sistemi