Yuxarı

Azərbaycanda ötən il Yaşıl Kart sistemi ölkələrinin 185 minə yaxın avtomobili icbari qaydada sığortalanıb - SİYAHI

Həmin müqavilələr üzrə sığorta daxilolmaları 5 mln. manatı ötüb, ödənişlər isə 500 min manata çatıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə bağlanan 184 892 ədəd avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi Yaşıl Kart sisteminə üzv olan ölkələrdə qeydiyyatdan keçmiş və Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri ilə bağlı olub. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Hesabat ilində Yaşıl Kart sistemi ölkələrində qeydiyyatdan keçmiş və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri ilə bağlı rəsmiləşdirilmiş icbari sığorta müqavilələri və həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının ölkələr üzrə bölgüsü aşağıdakı kimi olub:

Ölkələr Sığorta şəhadətnamələrinin sayı
(ədəd)
Xüsusi çəki
(%)
Toplanmış sığorta haqları
(manat)
Xüsusi çəki
(%)
Türkiyə 74 242 40.15 2 270 050 45.28
Rusiya  62 171 33.63 1 364 193 27.21
Almaniya 17 091 9.24 419 238 8.36
Ukrayna 12 751 6.90 371 443 7.41
İran  12 360 6.68 401 992 8.02
Belarus 1 797 0.97 63 660 1.27
Bolqarıstan 1 224 0.66 35 429 0.71
Moldova 577 0.31 16 785 0.33
Polşa 417 0.23 12 511 0.25
Rumıniya 355 0.19 10 042 0.20
Çexiya  318 0.17 9 594 0.19
Litva 248 0.13 4 046 0.08
Latviya 205 0.11 5,821 0.12
Macarıstan 191 0.10 5,502 0.11
İngiltərə 104 0.06 1 966 0.04
Hollandiya 103 0.06 2 220 0.04
Slovakiya 90 0.05 2 894 0.06
Estoniya 89 0.05 2 642 0.05
Sloveniya 74 0.04 2 048 0.04
Serbiya 71 0.04 2 004 0.04
Albaniya 67 0.04 1 739 0.03
Yunanıstan 62 0.03 1 129 0.02
İtaliya 50 0.03 824 0.02
Xorvatiya 33 0.02 1 058 0.02
Fransa 31 0.02 615 0.01
Avstriya 24 0.01 652 0.01
İspaniya 22 0.01 442 0.01
Finlandiya 19 0.01 794 0.02
Danimarka 17 0.01 499 0.01
İsveç 17 0.01 359 0.01
İrlandiya 16 0.01 270 0.01
Belçika 15 0.01 250 0.00
Isveçrə 13 0.01 185 0.00
Meksika 7 0.00 195 0.00
Kipr 5 0.00 75 0.00
Andorra 4 0.00 138 0.00
İslandiya 3 0.00 120 0.00
Tunis 3 0.00 16 0.00
Lüksemburq 2 0.00 25 0.00
Norveç 2 0.00 45 0.00
İsrail 1 0.00 10 0.00
Mərakeş 1 0.00 10 0.00
CƏMİ 184 892 100.00 5 013 530 100.00

İSB-dən bildirilib ki, 2014-cü il ərzində Yaşıl Kart sisteminə üzv olan ölkələrdə qeydiyyatdan keçmiş və Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyat vasitələrinin təqsirindən baş vermiş sığorta hadisələri üzrə qeydə alınmış sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişləri nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkələr üzrə isə aşağıdakı kimi olub:

Ölkələr Sığorta tələblərinin sayı
 (ədəd)
Sığorta ödənişlərinin məbləği
(manat)
Türkiyə 196 265 931
Rusiya 96 160 010
İran  29 42 180
Almaniya 17 23 304
Ukrayna 6 5 108
Bolqarıstan 3 1 360
Macarıstan 1 550
CƏMİ 348 498 443
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi