Azərbaycanda ötən il 30 qrant müqaviləsi qeydiyyata alınıb

Azərbaycanda ötən il 30 qrant müqaviləsi qeydiyyata alınıb Müqavilələr müxtəlif valyutalarda olmaqla təxminən 281,4 min dollar təşkil edib
Maliyyə
16 Fevral , 2015 15:59
Azərbaycanda ötən il 30 qrant müqaviləsi qeydiyyata alınıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ildə kommersiya hüquqi şəxslərin müraciətləri əsasında 27 kommersiya hüquqi şəxsin 30 qrant müqaviləsini (qərarını) qeydiyyata alıb.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, qeydiyyata alınan qrant müqavilələri müxtəlif valyutalarda olmaqla 251,8 manat, 281 min ABŞ dolları və 111 avro təşkil edib.

Qrant vəsaitləri etik poeziya və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, uşaq resursları inkişafı mərkəzinin yaradılması və avadanlıqla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə təlimlər, sosial dəstəyin göstərilməsi, gənclər təşkilatlarının üzvləri, universitet tələbələri və digər vətəndaşlar arasında seminarların keçirilməsi, "ASAN xidmət" mərkəzlərinin kadr potensialı üçün təlim və treninqlərin keçirilməsi, sahibkarlar tərəfindən fərdi qaydada internet saytları yaratmaq üçün sadə proqram təminatının formalaşdırılması, teleradio yayımının effektiv həyata keçirilməsi və qüsurların aradan qaldırılması üçün xüsusi proqram təminatının yaradılması kimi istiqamətlərə yönəldilib. 

Son xəbərlər

Orphus sistemi