Yuxarı

​Azərbaycanda ötən ay bağlanmış 4 bankın əmanətçilərinə 950 min manat kompensasiya ödənilib

Ümumilikdə 4 bank üzrə 949 994 manat ödəniş edilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. 

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 561 529 manat, “Zaminbank”ın əmanətçilərinə 199 830 manat, “Kredobank”ın əmanətçilərinə 65 270 manat, “Dekabank”ın əmanətçilərinə isə 123 365 manat kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 949 994 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi