Azərbaycanda orta aylıq əmək haqqı 6% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 6% artıb Mədənçıxarma sənayesi, maliyyə, peşə, elmi və texniki fəaliyyət, informasiya, rabitə, tikinti sahəsində əmək haqqı daha yüksək olub
Maliyyə
11 İyul , 2017 15:27
Azərbaycanda orta aylıq əmək haqqı 6% artıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3% artaraq 520,1 manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu ilin iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 525,2 min nəfər olub, onlardan 886,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 638,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,9%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,6%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 7,1 %-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Son xəbərlər

Orphus sistemi