Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına çəkilən xərclər 4%-dən çox artırılır

Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına çəkilən xərclər 4%-dən çox artırılır Bakı. 21 iyun. REPORT.AZ/ Bu ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına çəkilən xərclər 4,1% artırılaraq 1 384,235 mln. manata çatdırılacaq.
Maliyyə
21 İyun , 2018 17:38
Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına çəkilən xərclər 4%-dən çox artırılır
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Bu ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına çəkilən xərclər 4,1% artırılaraq 1 384,235 mln. manata çatdırılacaq.

“Report” xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub.

Sənədə əsasən, hüquq-mühafizə oqranlarının saxlanılması xərclərinin 3% artırılaraq 1 004,452 mln. manata, digər kateqoriyalara aid edilməyən xidmətlərə ayırmaların isə 10,3% artırılaraq 267,166 mln. manata çatdırılması, məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanılması xərclərinin isə əvvəlki qaydada mavafiq olaraq 54,347 mln. manat və 58,27 mln. manat olması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi