Yuxarı

Azərbaycanda maliyyə sektoruna sərmayələr 97% artıb

Maliyyə və sığorta sahəsinin məcmu investisiyalarda xüsusi çəkisi bu il 0,2% olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan iqtisadiyyatına yönəldilən sərmayələrin 0,2%-i və ya 22,8 mln. manatı maliyyə və sığorta fəaliyyəti üzrə olub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96,6% və ya 11,2 mln. manat çoxdur.

Bildirək ki, 2013-cü ilin yanvar-noyabr aylarında bu sahədə sərmayə qoyuluşu ümumi sərmayələrin cəmi 0,1%-ni təşkil etməklə 11,6 mln. manat olub və 2013-ci ilin ilk 11 ayı ərzində bu sahəyə sərmayə qoyuluşu illik müqayisədə 83,1% azalıb.

Qeyd edək ki, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14,693 mlrd. manat vəsait yönəldilib, onun 73,8%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,4% artıb.

Sərmayələrin 5,424 mlrd. manatı neft, 9,269 mlrd. manatı qeyri-neft bölməsinə yönəldilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi