Azərbaycanda maliyyə və sığorta fəaliyyəti üzrə fərdi sahibkarların 1/4-i qadınlardır

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti üzrə fərdi sahibkarların 1/4-i qadınlardır Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə, Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 24,7%-ni qadınlar təşkil edib.
Maliyyə
23 Yanvar , 2019 14:40
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti üzrə fərdi sahibkarların 1/4-i qadınlardır
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə, Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 24,7%-ni qadınlar təşkil edib. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin sonuna maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 75%-ni və ya 1 370 nəfərini kişilər təşkil edib. Bu müddətdə bu fəaliyyətlə 450 nəfər qadın məşğul olub.

Bu ilin əvvəlinə ölkədə fərdi sahibkarların 78,5%-ni və yaxud 661 004 nəfərini kişilər, 21,5%-ni və yaxud 181 273 nəfərini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların 27%-faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,7%-ni, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi