Yuxarı

Azərbaycanda maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi qaydaları təsdiqlənib

Təqdimat göndərilmiş qurumlar tərəfindən bu təqdimatlara 1 ay müddətində baxılmalıdır

Bakı. 11 mart. REPORT.AZ/ Hesablama Palatasının kollegiyası “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları”nı təsdiq edib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Palatanın kollegiya iclasında Qaydaların layihəsi müzakirə olunub. Müzakirələrdə bu qaydaların Hesablama Palatası tərəfindən aparılmış maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların verilməsi prosedurlarını müəyyən etdiyi bildirilib.

Eyni zamanda "Hesablama Palatası haqqında" qanunla təqdimat göndərilmiş qurumlar tərəfindən bu təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verməli olması, təqdimatlar əsassız icra edilmədikdə isə Hesablama Palatası sədrinin qərarı ilə həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlar verilməsinin təsbit edildiyi qeyd olunub. 

Sonda “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” təsdiq edilib, 2015-cı il uçun Iş Planına əsasən həyata keçirilmiş nəzarət tədbirləri üzrə Palatanın təqdimatlarını əsassız icra etməyən qurumların siyahısının müəyyən edilməsi və həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə təqdimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi