​Azərbaycanda maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsi təklif olunur

​Azərbaycanda maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsi təklif olunur Regionlarda maliyyə idarələrinə nəzarət gücləndirilməlidir
Maliyyə
2 Oktyabr , 2015 16:17
​Azərbaycanda maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsi təklif olunur

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan parlamenti zamanın tələblərini nəzərə alaraq "Maliyyə nəzarəti haqqında" qanun qəbul etməlidir.

"Report"un verdiyi xəbərə görə, belə bir təkliflə deputat Vahid Əhmədov Milli Məclisin komitələrinin bu gün 2016-cı ilin büdcə zərfi ilə bağlı keçirilən birgə toplantısında çıxış edib.

"Hökumət və digər təşkilatlar şəffaflıq prinsiplərinə əməl etməlidir, regionlarda maliyyə idarələrinə nəzarət gücləndirilməlidir", - millət vəkili qeyd edib.

V.Əhmədov bildirib ki, 2016-cı ilin vergi yığımlarında ciddi problemlər yarana bilər: "Kiçik və orta sahibkarlar manatın devalvasiyasından sonra problemlərlə üzləşib. İqtisadiyyat və Sənaye, Vergilər nazirlikləri təkliflər hazırlamalıdır. Bəlkə Vergilər Məcəlləsində dəyişiklik etməklə vergi yığımlarını əhatə etmək olar".

"Hazırda Mərkəzi Bank yenə də valyuta bazarına müdaxilə edir. Mərkəzi Bankın valyuta ehtiyatları devalvasiyadan indiyədək 15 mlrd. dollardan 7,4 mlrd. dollara düşüb. Artıq manatın yumşaq devalvasiyasına keçmək lazımdır, manat heç olmasa bazar qiymətinə gəlib çıxsın. Yoxsa 2016-cı ildə manat şok devalvasiyaya məruz qala bilər", - deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi