Yuxarı

Azərbaycanda kredit kartlarından istifadə azalıb

Ölkədəki sosial kartların ümumi sayı bu il 2% artıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının ümumi sayı cari ilin əvvəlindən 13% azalaraq oktyabrın 1-nə 1,133 mln. ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayında 5,3% azalma müşahidə olunub.

Hesabata əsasən, ödəniş kartlarının 42%-i və ya 2,386 mln.-u  sosial kartlar, 26%-i və ya 1,471 mln.-u əmək haqqı kartları, 11,6%-i və ya 657 min ədədi digər debet kartları, 20,1%-i və ya 1,133 mln.-u isə kredit kartlarının payına düşüb. İlin əvvəli ilə müqayisədə sosial kartların sayında 1,7% azalma, əmək haqqı kartlarında isə 1,9% artım qeydə alınıb.

Hesabata görə, sentyabr ayında ölkədə kredit kartları ilə ümumilikdə 179 mln. manat həcmində 1,462 mln. əməliyyat həyata keçirlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi