Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda kredit kartlarına maraq azalıb

    Kredit kartları ilin əvvəlindən 268 min ədəd və ya 26,54% azalaraq bu il iyunun 1-nə 742 min ədəd təşkil edib

    Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə 13 min ədəd və ya 1,7%, ilin əvvəlindən 268 min ədəd və ya 26,54% azalaraq bu il iyunun 1-nə 742 min ədəd təşkil edib.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bu göstərici üzrə 526 min ədəd və ya 41,48% azalma qeydə alınıb.

    Kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 8 mln. manat və ya 6,25% artaraq mayda 136 mln. manat təşkil edib. İllik müqayisədə isə 40 mln. manat və ya 22,7% azalma olub. Əməliyyatların sayında aylıq müqayisədə 60 min əməliyyat və ya 7,23% artaraq hesabat ayında 890 minə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 622 min ədəd və ya 41,14%olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi