Azərbaycanda kommersiya banklarının kredit faizləri azalıb

Azərbaycanda kommersiya banklarının kredit faizləri azalıb Manatla depozit faizi artarkən, xarici valyutada azalıb
Maliyyə
14 İyul , 2016 20:58
Azərbaycanda kommersiya banklarının kredit faizləri azalıb

Bakı. 11 iyul.REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin may ayında qarışıq tendensiya göstərib. 

"Report" xəbər verir ki, hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi aprel ayı ilə müqayisədə 0,01 bənd artaraq 7,78% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə aprel ayında orta faiz dərəcəsi isə 0,42 bənd azalaraq 5,42%-ə enib.

Kommerisya bankları tərəfindən may ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 12,43% və 10,19% təşkil edib. Xatırladaq ki, mart ayında bu göstərici manatda 12,85%, xarici valyutada isə 11,41% olub. 

Son xəbərlər

Orphus sistemi