​Azərbaycanda "kölgə iqtisadiyyatı"nın vergiyə cəlb edilməsi büdcəyə əlavə 3 mlrd. manat gətirə bilər

​Azərbaycanda "kölgə iqtisadiyyatı"nın vergiyə cəlb edilməsi büdcəyə əlavə 3 mlrd. manat gətirə bilər Əli Məsimli: "Məncə, Azərbaycanda "kölgə iqtisadiyyatı" 33% təşkil edir"
Maliyyə
20 May , 2015 15:28
​Azərbaycanda kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi büdcəyə əlavə 3 mlrd. manat gətirə bilər

Bakı. 20 may.REPORT.AZ/ Azərbaycanda "kölgə iqtisadiyyatı"nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir. "Report" xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Dünya Bankının rəqəmlərində Azərbaycanda "kölgə iqtisadiyyatı" 60%, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8% təşkil edir: "Məncə, bunun heç biri düzgün deyil və bu göstərici təxminən 33% təşkil edir".

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası məsələsi müzakirə olunub və sənəd parlamentin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi