Azərbaycanda "kölgə iqtisadiyyatı" daralıb

Azərbaycanda "kölgə iqtisadiyyatı" daralıb Gizli iqtisadiyyatın ÜDM-ə nisbəti 2,4%-ə enib
Maliyyə
16 Mart , 2017 12:13
Azərbaycanda kölgə iqtisadiyyatı daralıb

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Statsitika Komitəsi tərəfindən aparılmış son hesablamalara görə, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın ümumi daxili məhsula nisbəti 2,4% təşkil edir.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Komitədən bildirilib ki, bu, 2015-ci ilin sonuna olan göstəricidir, 2016-cı ilin göstəricisinin isə bu ilin III rübündə açıqlanması planlaşdırılır. İlkin hesablamalara görə, bu rəqəmdə ciddi dəyişiklik olacağı gözlənilmir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda qeyr-formal iqtisadiyyatın ("kölgə iqtisadiyyatı") payı 9,1% olub.

Son xəbərlər

Orphus sistemi