Azərbaycanda keçirilən valyuta hərracında dolların məzənnəsi 1,6781 manata yüksəlib

Azərbaycanda keçirilən valyuta hərracında dolların məzənnəsi 1,6781 manata yüksəlib Məzənnənin 1,68 AZN/USD-ni keçəcəyi istisna edilmir
Maliyyə
8 Noyabr , 2016 11:56
Azərbaycanda keçirilən valyuta hərracında dolların məzənnəsi 1,6781 manata yüksəlib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 10-na olan rəsmi məzənnəsini 1,6781 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6781 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,57% artması deməkdir.

Növbəti iş gününə (noyabrın 10-na) rəsmi məzənnə 1,6781 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6686 AZN/USD) qeydə alınıb.

"Report"un analitik qrupu noyabrın 10-na olan AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,68 səviyyəsini keçəcəyini istisna etmir. 

Son xəbərlər

Orphus sistemi