Azərbaycanda kassa qalığının həcmi 7% azalıb

Azərbaycanda kassa qalığının həcmi 7% azalıb Pul emissiyasının həcmi son bir ildə 35 dəfə artıb
Maliyyə
15 Sentyabr , 2015 13:59
Azərbaycanda kassa qalığının həcmi 7% azalıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda nağd manat vəsaitləri üzrə kassa dövriyyəsi 438,7 mln. manat kassa qalığı ilə tamamlanıb.

"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən verdiyi xəbərə görə, bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 32,9 mln. manat və ya 7% azdır.

Hesabat dövründə ümumi mədaxil üzrə cəmi 25,3 mlrd. manat vəsait daxil olub və bu, keçən ilin analoji dövrü ilə müqayisədə 2,2 mlrd. manat və ya 10,6% çoxdur.

Məxaric üzrə ödənişlər isə yanvar-iyul aylarında 21,5 mlrd. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,4 mlrd. manat və ya 6,1% azdır.

Nəticədə pul emissiyasının həcmi keçən ilin analoji dövrünə nisbətən 35 dəfə artaraq 3,8 mlrd. manat təşkil edib. Orta gündəlik emissiya isə 18 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi