Yuxarı

Azərbaycanda kasko sığortası bazarı azalıb

​Kasko sığortasında yığım 8% azalıb, ödəniş 15% artıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda sığorta növləri arasında ən ciddi artım sərnişinlərin icbari fərdi qəza sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə daxilolmaların ümumi həcmi 9,4 dəfə artaraq 9,8 min manat təşkil edib.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi məlumata görə, bundan başqa, işçilərin dələduzluğu sığortasında yığım 6,3 dəfə artaraq 219,1 min manat, daşınmaz əmlakın icbari sığortası üzrə yığım isə 6 dəfə artaraq 4,1 mln. manat olub. 

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 89,4% artaraq 1,6 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 55,4% artaraq 12,6 min manat, fərdi qəza və yaxud xəstəlik sığortasında 31,6% artaraq 1,2 mln. manat, xaricə səfər edən vətəndaşların sığortasında 12,7% artaraq 118,4 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,2 dəfə artaraq 4,1 mln. manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 92,1% artaraq 2,5 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 42,9% artaraq 49,4 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə 33,5% artaraq 5,1 mln. manat təşkil edib. 

Ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə işin dayanması ilə bağlı risklərdən sığortada qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 82,7% azalaraq 2,9 min manat, həyatın yaşam sığortasında isə 63,3% azalaraq 4,1 mln. manat olub. 

Sığorta haqlarının məbləği tibbi sığortada 3,4% azalaraq 26,7 mln. manat, kasko sığortasında 7,6% azalaraq 3,1 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 26,7% azalaraq 111,1 min manat təşkil edib.

Hesabat ayında sığorta ödənişlərinin ən ciddi artımı isə xaricə səfər edən vətəndaşların sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 13,6 dəfə artaraq 26 min manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 4,4 dəfə artaraq 240,7 min manat, yüklərin (nəqliyyat) sığortasında isə 3,6 dəfə artaraq 79,6 min manat olub.

Sığorta ödənişlərinin məbləği tibbi sığortada 68,8% artaraq 4 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 64,9% artaraq 341,6 min manat, kasko sığortasında 15,2% artaraq 2,36 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə 24,7% artaraq 2,15 mln. manat təşkil edib.

Ay ərzində sığorta ödənişlərinin ən çox azalması avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 94,6% azalaraq 4,8 min manata düşüb. Bundan başqa, ümumi mülki məsuliyyətin sığortasında ödəniş 72,8% azalaraq 14,2 min manat, həyatın yaşam sığortasında ödəniş isə 64% azalaraq 257,3 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 7,4% azalaraq 86,2 min manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 17,5% azalaraq 151,9 min manat, daşınmaz əmlakın icbari sığortasında isə 51,7% azalaraq 64,7 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi