Azərbaycanda kasko sığortası bazarı 3 dəfə böyüyüb

Azərbaycanda kasko sığortası bazarı 3 dəfə böyüyüb Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə 7,041 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
29 Fevral , 2020 15:40
Azərbaycanda kasko sığortası bazarı 3 dəfə böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə 7,041 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Son 1 ildə kasko sığortası üzrə ödənişlər isə 14,2% artaraq 996 min manata çatıb.

Ötən ay avtonəqliyyat vasitələrinin sığortasından toplanmış hər 100 manat sığorta haqqının 13,15 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 36,1 manat təşkil edib.  

Son xəbərlər

Orphus sistemi