Azərbaycanda kameral vergi yoxlamaları 60% azalıb

Azərbaycanda kameral vergi yoxlamaları 60% azalıb Nazir müavini: "Səyyar vergi yoxlamaları isə 30% azalıb"
Maliyyə
6 Aprel , 2016 10:36
Azərbaycanda kameral vergi yoxlamaları 60% azalıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə kameral vergi yoxlamaları 60%, səyyar vergi yoxlamaları 30% azalıb. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən "Açıq qapı" günündə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov qeyd edib ki, builki büdcənin daxilolmalarında vergi yığımlarının payı 23%-dir: "Təəssüf ki, bu gün Azərbaycanda belə bir fikir formalaşıb ki, hər nə iş görülürsə neft sektorunun payına düşür. Amma bu elə deyil. Maliyyə Nazirliyi dünən ilk rübün büdcə göstəricilərini açıqlayıb və məlum olub ki, daxilolmaların 78,5%-i qeyri-neft sektorunun payına düşür".

Son xəbərlər

Orphus sistemi