Yuxarı

Azərbaycan istehlak bazarının həcmi 2% artıb

Əhali pərakəndə ticarətdə xərclədiyi vəsaitin yarısını ərzaq məhsullarına sərf edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara 18 463,7 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çox məhsul satılıb. Bu barədə "Report" Dövlət Stastistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,2%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,5%-i əczaçılıq və tibbi malları, 0,8%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi