Azərbaycanda istehlak bazarı 4% azalıb

Azərbaycanda istehlak bazarı 4% azalıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb.
Maliyyə
25 May , 2020 10:48
Azərbaycanda istehlak bazarı 4% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 3,9azalaraq 13,7 milyard manata bərabər olub, onun 46,3%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357,8 manatlıq və yaxud 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,6 manat az əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi