Yuxarı
    Bağlamaq

    Azərbaycanda istehlak kreditləşməsi 14% azalıb

    Daşınmaz əmlaka kreditlər isə əksinə, artıb

    Bakı. 14iyun. REPORT.AZ/ Bu il mayın 1-nə əsasən Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 7 185,4 mln. manat təşkil edib. 

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 397,8 mln. və ya 5,25%, ötən ilin müvafiq dövrünə nisbətən 1 012,3 mln. manat və ya 12,4%, ilin əvvəlindən isə 1 199,2 mln. manat və ya 14,3% azalıb.

    Hesabata əsasən,  kreditlərin 1 570,3 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına yönəlib. Bu kreditlərin həcmi əvvəlki ayla müqayisədə 2,36% və ya 36,2 mln. manat, ilin əvvəlindən 27,9 mln. manat və ya 1,81% artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən 232,3 mln. manat və ya 17,36% artıb.

    Qeyd edək ki, ev təsərrüfatlarına kreditlərin ölkə iqtisadiyyatına qoyulan kreditlərdə xüsusi çəkisi 38,3% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi