Yuxarı

Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları azalıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları üçüncü aydır azalır

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarının ümumi həcmi 2015-ci il iyunun 1-nə 19 877,6 mln. manat təşkil edib. Bu, mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 127,2 mln. manat və ya 0,6% azdır. Bu, artıq azalma tendensiyasının müşahidə olunduğu 3-cü aydır və mənfi dinamika mart ayından davam edir. Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 1 860,2 mln. manat və ya 10,3% artıb.

Keçən ilin anoloji dövrü ilə müqayisədə isə bu göstərici 3 752,1 mln. manat və ya 23,2% çoxdur.

Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının maksimal həcmi martın 1-də qeydə alınıb və 20 137,7 mln. manat təşkil edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi