Yuxarı

Azərbaycanda illik iqtisadi artım 4,2% olub

Qeyri-neft sektorunda istehsalın həcmi 5% artıb

Bakı. 13 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 7,1 mlrd. manat olub. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ÜDM-in 66,6%-i iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunub və əvvəlki ilin eyni dövrü ilə müqayidədə 5,1% artıb.

Bu dövrdə ÜDM-in 36,3%-i sənayedə, 12,0%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4%-i tikintidə, 6,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4%-i informasiya və rabitə xidmətlərində, 14,9%-i isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi