Yuxarı

Azərbaycanda illik inflyasiya 3,7%-ə çatıb

İyul ayında isə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7% düşüb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aylıq müqayisədə 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2% ucuzlaşıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməyib.

Ötən ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 2,9%, xidmət tarifləri isə 1,2% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi