Yuxarı

​Azərbaycanda ilkin mənzil bazarında bahalaşma qeydə alınıb

Təkrar mənzil bazarında isə qiymət azalıb

Bakı. 14 iyul. REPORT.AZ/ Cari ilin II rübündə 2016-cı ilin I rübü ilə müqayisədə mənzil bazarında qiymətlər 0,9%, o cümlədən təkrar mənzil bazarında 0,9% ucuzlaşıb, ilkin mənzil bazarında isə 0,4% bahalaşıb.

"Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, iyun ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,5% ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 10,5% bahalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi