Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər 22% artıb

Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər 22% artıb ​Mart ayında bu sığorta növü üzrə 2 mln. manat ödənilib
Maliyyə
4 Aprel , 2016 13:46
Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər 22% artıb

Bakı. 4 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində Azərbaycanda "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə İcbari Sığorta Bürosunun iştirakçısı olan sığorta şirkətləri tərəfindən 1 554 sığorta tələbi üzrə 2 mln. manat məbləğdə ödəniş həyata keçirilib.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, 2016-cı ilin mart ayında nəqliyyat vasitələrinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 230 manat təşkil edib. Ötən ilin mart ayı ilə müqayisədə informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayında 9,7%, sığorta ödənişlərinin məbləğində isə 21,7% artım müşahidə edilib.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 4 535 sığorta tələbi üzrə 5,8 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Mart ayında İcbari Sığorta Bürosu tərəfindən 21 kompensasiya tələbi üzrə 80,2 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Ümumilikdə, 2016-cı ilin I rübündə Büro tərəfindən 39 kompensasiya tələbi üzrə 144,5 min manat məbləğində kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi