Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 383,4 mln. manat təşkil edib.
“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur.
Son 1 ildə gömrük rüsumları 15,8% artaraq 632,969 mln. manat, əlavə dəyər vergisi (ƏDV) üzrə yığımlar 20% artaraq 1 640,339 mln. manat, aksizlər üzrə yığımlar 9,6% azalaraq 78,249 mln. manat, yol vergisi üzrə yığımlar isə 43,7% azalaraq 31,842 mln. manat təşkil edib.
Ayrıca, noyabrda DGK-nın xətti ilə büdcəyə 214,75 mln. manat daxil olub. Bu, ötən ilin noyabr ayına nisbətən 2,2% azdır.
O cümlədən, illik müqayisədə gömrük rüsumlarının aylıq məbləği 15,1% artaraq 61,393 mln. manat, ƏDV - 10,1% azalaraq 142,592 mln. manat, aksiz vergisi - 56,6% artaraq 7,89 mln. manat, yol vergisi - 7% artaraq 2,875 mln. manat olub.
Gömrük ödənişləri |
01-10.2016
|
11.2016
|
01-11.2016
|
01-10.2017
|
11.2017
|
01-11.2017
|
Rüsumlar | 493 307 | 53 338 | 546 645 | 571 576 | 61 393 | 632 969 |
ƏDV | 1 208 352 | 158 553 | 1 366 905 | 1 497 747 | 142 592 | 1 640 339 |
Aksiz vergisi | 81 521 | 5 038 | 86 559 | 70 359 | 7 890 | 78 249 |
Yol vergisi | 53 864 | 2 688 | 56 552 | 28 967 | 2 875 | 31 842 |
Cəmi | 1 837 044 | 219 616 | 2 056 660 | 2 168 650 | 214 750 | 2 383 400 |