Azərbaycanda gömrük orqanlarının büdcə ödənişləri 46% artıb

Azərbaycanda gömrük orqanlarının büdcə ödənişləri 46% artıb Oktyabrda aksiz vergisi üzrə daxilolmalar 6% azalıb
Maliyyə
15 Noyabr , 2016 12:43
Azərbaycanda gömrük orqanlarının büdcə ödənişləri 46% artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 837,144 mln. manat vəsait daxil olub. "Report" DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.

10 aylıq büdcə daxilolmalarında oktyabr ayının payı 183,135 mln. manat təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 36,4% çoxdur.

Aylıq daxilolmaların 57,109 mln. manatı gömrük rüsumları (68,6% artım), 117,649 mln. manatı əlavə dəyər vergisi (27,4% artım), 5,885 mln. manatı aksiz vergisi (5,5% azalma), 2,492 mln. manatı isə yol vergisinin (34,6% artım) payına düşüb.

Son xəbərlər

Orphus sistemi