​Azərbaycanda geniş mənada pul kütləsi azalıb

​Azərbaycanda geniş mənada pul kütləsi azalıb M3 aqreqatı iyunun 1-nə 18,967 mlrd. manata düşüb
Maliyyə
8 İyul , 2015 12:32
​Azərbaycanda geniş mənada pul kütləsi azalıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci il iyun ayının 1-nə 18 966,8 mln. manat təşkil edib. May ayının 1-nə olan analoji göstərici ilə müqayisədə bu, 16 mln. manat və ya 0,08% azdır.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə geniş mənada pul kütləsi 1 001,8 mln. manat və ya 5% azalıb.

Qeyd edək ki, hesabat dövründə yalnız M1 və M2 pul aqreqatlarında artım baş verib. Belə ki, banklardan kənarda nağd pul (M0) və manatla tələb olunanadək depozitlər artıb, manatla müddətli depozitlər və SDV-də olan depozitlər isə azalıb. Lakin bütün bu dəyişikliklər cüzi olub.

Xatırladaq ki, geniş mənada pul kütləsi 2014-cü ilin noyabr ayında tarixi maksimuma (21 689,8 mln. manat) çatıb.

Son xəbərlər

Orphus sistemi