Yuxarı

​Azərbaycanda gələn ildən yeni icbari sığorta növləri tətbiq oluna bilər

Bunların sırasında sahibkar və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortası da var

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda 2016-2017-ci illərdə yeni icbari sığorta növlərinin tətbiqi nəzərdə tutulub. "Report"un məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov deyib: "Bu il üçün bizim daha önəmli tapşırıqlarımız var".

Qeyd edək ki, Azərbaycanda sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında icbari sığorta növlərinin sayının artırılması nəzərdə tutulub. Belə ki, müəyyən sahələrdə fəaliyyət göstərən sahibkarların və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortası, eləcə də bəzi sahələrdə fəaliyyət göstərən sahibkarların üçüncü şəxslər qarşısında ümumi mülki məsuliyyətinin icbari sığortasının tətbiqi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi