Azərbaycanda gələn il orta illik inflyasiyanın 3,8% olacağı proqnozlaşdırılır

Azərbaycanda gələn il orta illik inflyasiyanın 3,8% olacağı proqnozlaşdırılır Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanda orta illik inflyasiyanın 2019-cu ildə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 0,7% bəndi çoxdur.
Maliyyə
23 Oktyabr , 2018 17:44
Azərbaycanda gələn il orta illik inflyasiyanın 3,8% olacağı proqnozlaşdırılır

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanda orta illik inflyasiyanın 2019-cu ildə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 0,7% bəndi çoxdur. 

“Report” bu barədə 2019-cu il və növəti 3 il üçün makroiqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.

Orta illik inflyasiyanın 2020-ci ildə 3,5%-ə, 2021-ci ildə 3,3%-ə enməsi və 2022-ci ildə də 3,3% səviyyəsində qalması gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə orta illik inflyasiya 12,9% təşkil edib. 2018-ci ildə isə bu göstəricinin 3,1% olacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi