Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda ən ucuz kreditlər Bakıdadır

    Ən bahalı kreditlər isə Kəlbəcər-Laçın iqtisadi rayonunda verilir

    Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin noyabrın 1-i vəziyyətinə kreditlər üzrə ən aşağı orta faiz dərəcəsi Bakı şəhərində qeydə alınıb.

    "Report"un Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən verdiyi xəbərə görə, noyabrın 1-nə Bakı şəhərində kredit qoyuluşları üzrə orta dərəcə illik 12,9% olub. Məlumat üçün bildirək ki, kredit təşkilatlarının ölkə üzrə məcmu kredit qoyuluşlarının 14,912 mlrd. manatı və ya 83,6%-i məhz paytaxtın payına düşüb.

    Daha sonra 13,2%-lə Naxçıvan iqtisadi rayonu yer alıb. Bu müddətdə bu region üzrə kredit qoyuluşlarının xüsusi çəkisi 0,6% və ya 107,9 mln. manat olub.

    Ən yüksək orta faiz dərəcəsi isə Kəlbəcər-Laçın iqtisadi rayonuna məxsus olub və 25,4% təşkil edib.

    Dağlıq Şirvan və Lənkəran iqtisadi rayonlarında da yüksək faiz dərəcələri müşahidə edilib və illik 23,4% olub.

    Qeyd edək ki, ümumiyyətlə ölkə üzrə kredit qoyuluşları üzrə orta faiz dərəcəsi 14,2% təşkil edib.

    Xatırladaq ki, 2014-cü il noyabrın 1-nə Azərbaycanda məcmu kredit qoyuluşlarının həcmi illik 19% artaraq, 17,841 mlrd. manata çatıb. Bu kreditlərin 943,4 mln. manatının (5,3%) ödəniş vaxtı keçib. Vaxtı keçmiş kreditlərin həcmində illik 20,5% artım qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi