Azərbaycanda emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verilib

Azərbaycanda emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verilib Bakı. 22 fevral. REPORT.AZ/ Milli Depozit Mərkəzi (MDM) emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verib.
Maliyyə
22 Fevral , 2018 13:26
Azərbaycanda emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verilib

Bakı. 22 fevral. REPORT.AZ/ Milli Depozit Mərkəzi (MDM) emitentlər və deponentlər üçün yeni elektron xidmətlər istifadəyə verib.

Bu barədə “Report” MDM-ə istinadən xəbər verir.

Belə ki, qurumun emitentlər üçün yaratdığı interfeysdə buraxılmış hər bir qiymətli kağıza dair məlumatları (qiymətli kağızın mülkiyyətçisi, sənəd göstəriciləri, ünvanı və s.) real vaxt rejimində əldə etmək mümkündür.

Deponentlərə isə elektron xidmət vasitəsilə mülkiyyətçisi olduğu qiymətli kağızlar barədə məlumatları (qiymətli kağızın emitenti, mülkiyyətində olan pay və s.) real vaxt rejimində əldə etmək imkanı yaradılıb.

Emitentlər və deponentlər bu xidmətlərdən istifadə etmək üçün MDM-dən fərdi istifadəçi adı və şifrə əldə etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi