Azərbaycan əhalisinin gəlirləri ÜDM-in 40%-nə çatıb

Azərbaycan əhalisinin gəlirləri ÜDM-in 40%-nə çatıb Nazir Səlim Müslümov: "Sovet dövründə korrupsiya və rüşvətxorluqdan əldə edilən gəlirlər adlı statistik bölmə olub"
Maliyyə
27 Yanvar , 2016 10:57
Azərbaycan əhalisinin gəlirləri ÜDM-in 40%-nə çatıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanda iqtisadi proseslər nəticəsində əhalinin gəlirləri sürətlə artıb və hazırda ÜDM-in 40%-nə çatıb. "Report" xəbər verir ki bunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov qeyd edib ki, hazırda ölkədə yoxsulluq səviyyəsi 5%-dən bir qədər artıqdır: "Sovet dövründə statistik məlumatlarda korrupsiya və rüşvətxorluqdan əldə edilən gəlirlər adlı statistik bölmə olub. Bu isə təxminən 5% idi. Bu gün Azərbaycanda yoxsulluq həddi 5-5,1% arasında dəyişir. Biz bunu necə hesablayırıq? Ünvanlı sosial yardım alan əhalinin ümumi əhaliyə nisbətini hesablayıb, yoxsulluq səviyyəsini tapırıq. Bu gün statistik məlumatlar sırasında əlilliyə görə pensiya alan uşaqların sayı 575 696 nəfərdir ki, bu da ümumi uşaqların 5,9%-i deməkdir. Amma biz hələ də dəqiq deyə bilmərik ki, əlil uşaqların sayı bu qədərdir".

Son xəbərlər

Orphus sistemi