Azərbaycanda dövlətə məxsus kredit təşkilatında Apelyasiya Şurası yaradılıb

Azərbaycanda dövlətə məxsus kredit təşkilatında Apelyasiya Şurası yaradılıb Prezident İlham Əliyevin “Dövlətə məxsus olan hüquqi şəxslərdə apelyasiya şuralarının yaradılması haqqında” 6 may 2019-cu il tarixli fərmanına uyğun olaraq, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatında (BOKT) Apelyasiya Şurası yaradılıb.
Maliyyə
13 İyul , 2019 17:56
Azərbaycanda dövlətə məxsus kredit təşkilatında Apelyasiya Şurası yaradılıb

Prezident İlham Əliyevin “Dövlətə məxsus olan hüquqi şəxslərdə apelyasiya şuralarının yaradılması haqqında” 6 may 2019-cu il tarixli fərmanına uyğun olaraq, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatında (BOKT) Apelyasiya Şurası yaradılıb. 

"Report" bu barədə BOKT-a istinadən xəbər verir. 

Məlumata görə, Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı “Aqrarkredit”in və onun strukturuna daxil olan digər qurumların qərarlarından, hərəkət və yaxud hərəkətsizliyindən verdikləri şikayətlərə baxır. Şuraya daxil olan müraciətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılır, mahiyyəti üzrə əsaslandırılmış qərar qəbul edilir və müraciət edənlərə rəsmi cavab göndərilir.

Son xəbərlər

Orphus sistemi