Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi üçün 20 mln. manat cəlb edilib

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi üçün 20 mln. manat cəlb edilib Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun AZ2027008682 ISIN-li, 20 mln. manatlıq, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
19 Aprel , 2018 16:59
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi üçün 20 mln. manat cəlb edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun AZ2027008682 ISIN-li, 20 mln. manatlıq, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 000 manat olub. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 mln. manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20 mln. manat olub.

İstiqrazların ödəmə tarixi 19 aprel 2040-ci ildir.

Son xəbərlər

Orphus sistemi