Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2% azalıb Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 73,6 milyon manat ipoteka krediti verilib.
Maliyyə
7 İyun , 2019 14:21
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2% azalıb

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 73,6 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.

Son 1 ildə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 46,5% artaraq 100,5 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 63,6% azalaraq 20 milyon manata düşüb.

Ötən ilin ilk 4 ayında İKZF-ə dövlət büdcəsindən 50 milyon manat ayrılsa da, bu ilin eyni dövründə fond büdcədən vəsait almayıb. 

Son xəbərlər

Orphus sistemi